YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Nurlan Nurməmmədovun ildönümü mərasimi keçirilib

Şabranın Sincanboyad kəndində Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olan Nurməmmədov Nurlan Niyazi oğlunun ildönümü mərasimi keçirilib.

Anım tədbirində Şabran Rayon İcra Hakimiyyəti başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Mehdi Balabəyov və partiya əməkdaşları, Milli Məclisin deputatı Sadiq Qurbanov, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüb, ruhuna dualar oxuyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.