YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə Zəfər Gününə həsr olunan “Qarabağ Azərbaycandır!” adlı fləşmob keçirilib

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Gəncədə 8 Noyabr - Zəfər Gününə həsr olunan “Qarabağ Azərbaycandır!” adlı fləşmob keçirilib.

Heydər Əliyev meydanında baş tutan fləşmobda qazilər, universitet və kollec tələbələri, gənclər təşkilatlarının fəal üzvləri iştirak ediblər. İki minə yaxın gənc Azərbaycanın xəritəsi və içərisində “Qarabağ Azərbaycandır!” yazısı olan canlı simvol yaradıb.

Qeyd edək ki, fləşmob Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə reallaşıb.