YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Qubad Zeynalovun ailəsi ziyarət edilib

Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının rəhbərliyi və fəalları  İkinci  Qarabağ müharibəsində şəhid olmuş Zeynalov Qubad İslam oğlunun  ailəsini  ziyarət edərək  onların qayğıları ilə maraqlanıblar. Sonra şəhidin ev muzeyi ilə tanış olublar.

Həmçinin, şəhidin məzarı da ziyarət olunaraq ruhuna dualar oxunub.  Qeyd edək ki, belə bir humanitar tədbirlər həm şəhid ailələri, həm də qazilər tərəfindən rəğbətlə qarşılanır.

Diqqət və qayğıya görə  şəhid Zeynalov Qubad Müzəffər oğlunun ailəsi də Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.