YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda şəhid Elçin Dostuyevin ildönümü qeyd olunub

Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Kövər kənd sakini Elçin Murad oğlu Dostuyevin  ildönümü məzarı önündə qeyd olunub.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və kənd sakinləri iştirak ediblər. Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Rayon İcra Hakimiyyətinin başçısı A.Qocayev çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad edib.

Həmçinin tədbirdə şəhid Elçin Dostuyevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

DİGƏR Xəbərlər Arxiv