YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

30 illik işğal dövründə Qarabağ torpağının altı da, üstü də talan edilmişdir

Dosent Vazeh Əskərov

Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü, Azərbaycan-Fransız Universitetin (UFAZ) icraçı direktoru

1988-ci ildən başlayaraq Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycannın 1,7 milyon hektar ərazisi işğal edilmiş və 1993-cü ilə qədər davam etmişdir. Bu illər ərzində Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin 890 000 hektar olan ərazinin 42 997 hektari erməni işğalçılarının talanına məruz qalmışdır. Ermənilər işğal dövründə Dağlıq Qarabağda qızıl, mərmər, tuf və inşaat daşı yataqlarını mənimsəmişlər. Qondarma rejimin rəhbərliyi sərvəti əldə etmək məqsədi ilə xarici ölkələrin şirkətlərini qanunsuz olaraq bölgəyə dəvət etməklə Azərbaycan ərazilərində qanunsuz iş kontraktları qurmuş talan faktını rəsmləşdirmişlər.

İşğal olunmuş ərazilərdə erməni işğalçılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə Azərbaycan höküməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəfələrlə Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının baş katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın icraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin prezidentinə rəsmi müraciətlər edilmiş, beynəlxalq təşkilatların diqqətinə bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi çatdırılmışdır.

Ağdam şəhəri işğaldan sonra

Qeyri qanuni məskunlaşma və təbii sərvətlərin talan edilməsi ilə bağlı eyni zamanda Beynəlxalq təşkilatlara da müraciətlər ünvanlanmış və fakt araşdırıcı missayaların təşkil olunaraq bölgəyə göndərilməsi hər zaman tələb edilmişdir. 30 il ərzində işğal faktina baxmayaraq Dünya ictimayətinin Qarabağın Azərbaycan ərazisi kimi tanıması və heç bir dövlətin o cümlədən Ermənistanın belə cürət edib tanımadığı qondarma respublikanın uzun illər nəzarəti altında saxladığı Azərbaycan ərazilərinə hər hansı bir ciddi beynəlxalq ekoloji təşkilatın ətraf mühitin korlanmasına dair araşdırma aparması da mümkün olmamışdır. İşğal edilmiş ərazilərdə 247 352 hektar meşə sahəsi olmuşdur ki, bu da Ermənistanın bütün meşələrinin 55 faizindən çoxdur. Bu ərazilərdə «Qırmızı kitaba»a salınmış qiymətli ağac növlərinin olmasını nəzərə alsaq ermənilərin bu illər ərzində etdikləri vəhşilikləri bir daha görə bilirik.

Lakin, təəssüflər olsun ki, son 30 ildə işğal olunmuş ərazilərə nəzarət olunmadığından orada təbii sərvətlərin talan edilməsi ilə bağlı dəqiq statistika aparmaq mümkün olmamışdır. Bu illər ərzində işğal olunmuş rayonlarda qeyri qanuni məskunlaşdırılan ermənilər təbii sərvətlərdən necə gəldi istifadə etmiş və orada qanunsuz olaraq təbii sərvətlər istismar edilmışdir. Bundan əlavə beynəlxalq təşkilatlar hər zaman işğal faktını aradan qaldırmaq üçün Azərbaycanı sülh danışıqlarına və işğal fakti ilə barışmağa sürükləmişlər.

Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra açılan acınacaqlı mənzərə ermənilərin işğal etdikləri Qarabağ bölgəsinin təbii ehtiyatlarını vəhşicəsinə talamaqla bu torpaqların onlara məxsus olmadıqlarını və onların heç zaman burada yaşamaq planları olmamasını bir daha subut etdi.

Bu gün işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycana aid olan hər bir şeyin necə məhv edildiyini görürük. Heç vaxt onlara mənsub olmayan torpaqları öz havadarları ilə işğal etməyi bacarmış ermənilər Qarabağda muzeyləri, incəsənət abidələrini, qəbrləri, hətta heykəlləri belə məhv etmiş və tarixi unutdurmağa çalışmışlar. Azərbaycan qəbristanlıqlarını təhqir edilmış və dağıdılmışdır. Şuşada eləcə də digər şəhərlərdə qəsdən törədilmiş bu vəhşiliklər keçmişi unutdurmaq üçün məqsədyönlü atılmış addımlar olmuşdur.

Lakin Azərbaycan xalqı əzmlə bu 30 ili gözlədi və başda Cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan dövləti həmişə Azərbaycanın heç bir qarış torpağının belə düşmənlərə verilməməsi ilə bağlı hər zaman Azərbaycan xalqına vəd verdi və bizim o torpaqlara tezliklə dönəcəyimizə və üç rəngli bayrağımızın Qarabağda dalğalanacına əmin olduğunu bildirmişdir.

4 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının prezidenti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşaması, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə fərman vermis və publik şəxs kimi Qarabağ Dirçəliş Fondunun yaradılmışdır.