YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Rusiyanın sülhməramlı vasitəçiliyindən ümumilikdə razıyıq

Rusiyanın sülhməramlı vasitəçiliyindən ümumilikdə razıyıq. Bəzi xırda insidentlər istisna olmaqla, vəziyyət sabitdir. Əlbəttə, həllini gözləyən müəyyən məsələlər qalmaqdadır.

Bu barədə Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib ki, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar.

“Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır. Ancaq hazırda biz onların fəaliyyətindən ümumilikdə razıyıq”, - deyə Prezident vurğulayıb.