YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Soyqırımı ermənilər türklərə və digər müsəlman əhaliyə qarşı törədiblər

ABŞ-ın Luisvill Universitetinin professoru Castin MkKartinin 1915-ci il soyqırımının türklər deyil, ermənilər tərəfindən törədilməsi haqda yazdığı əsər yeni məsələ deyil. Bu fikri AMEA Dünya Siyasəti İnstitutunun direktoru, Milli Məclisin deputatı  Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, ameraklı professor illər öncə türk və ingilis dillərində yazdığı əsərlərində soyqırımın türklər deyil, məhz erməni dəstələri tərəfindən törədildiyini arxiv materialları əsasında yazıb.

«Castin MkKartinlə bir neçə beynəlxalq konfransda birlikdə məruzə etmişik. O, region tarixini yaxşı bilən, arxivlərdə işləmiş bir tədqiqatçıdır. Qeyd edim ki, ermənilərin türklərə, azərbaycanlılara və digər müsəlman xalqlarına qarşı törətdiyi soyqırımı yazan təkcə Castin və onun xanımı Karolin MkKartinlər deyillər. ABŞ-da bir neçə belə tarixçi var. Ümumiyyətlə, tarixdə «erməni soyqırımı» deyilən bir hadisə olmayıb. Soyqırımı ermənilər türklərə və digər müsəlman əhaliyə qarşı törədiblər»- deyə, M.Qasımlı qeyd edib.