YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Asim Quliyevin anım günü geyd olunub

44 günlük Vətən Müharibəsində şəhid olmuş Asim Bəkir oğlu Quliyevin anım günü geyd olunub.

 Tədbirdə Cəbrayıl və Sabunçu rayon İcra Hakimiyyətlərinin nümayəndələri, YAP Cəbrayıl və Sabunçu rayon təşkilatlarının fəalları, o cümlədən şəhidin təhsil aldığı məktəbin kollektivi, döyüş yoldaşları, içtimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən YAP Cəbrayıl rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Arif Fərzəliyev bildirib ki, Azərbaycanın müzəffər ordusu cəmi 44 gün ərzində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında misilsiz hərbi zəfər qazandı, erməni ordusunu darmadağın etdi. Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələrinin sosial problemlərinin hər zaman dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanıldığını deyən A.Fərzəliyev əlavə edib ki, Azərbaycan xalqı Qarabağın azadlığı uğrunda tarix yazan qəhrəmanlarımızı daim fəxrlə və iftixarla anacaq.

Daha sonra şəhid A.Quliyevin xatirəsinə ucaldılmış bulaq kompleksinin açılış mərasimi keçirilib.