YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mayın 28-i Müstəqillik, Oktyabrın 18-i Müstəqilliyin Bərpası günü olacaq (VİDEO)

Vətən müharibəsində qazandığımız şanlı zəfər tarixi keçmişimizlə bu günümüzün və gələcəyimizin hüquqi kontekstdə əlaqələndirilməsi zərurətini yaradıb. Başqa sözlə desək, Azərbaycanın formalaşdırdığı yeni reallıq dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunmasını, milli kimlik ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı şərtləndirib. Elə 28 may tarixinin Müstəqillik günü, 18 oktyabrın isə Müstəqilliyin Bərpası günü adlandırılması ilə bağlı Milli Məclisdə qəbul olunan Qanun layihəsi də məhz bu zərurətdən irəli gəlir.

Müstəqillik günü ilə Respublika gününün adının dəyişdirilməsi həm də tarixi faktların gizlədilməsinin və yaxud da saxtalaşdırılmasının qarşısını alır. Belə ki, sözügedən dəyişikliklə həm daxili auditoriyada, həm də beynəlxalq ictimaiyyətdə aydın təsəvvür yaranır ki, Şərqdə ilk demokratik respublika quran Azərbaycanın müstəqillik tarixinin yaşı 30 deyil, 103-dür.

“Müstəqillik Günü haqqında” qanun layihəsi ərazi bütövlüyünü bərpa edən müasir Azərbaycanın 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Bu isə, heç şübhəsiz azərbaycanlıların əzəli torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı üçün də tarixi zəmin yaradır.