YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusar rayonunda Şəhid Aşurəli Zərbəliyevin ildönümü mərasimi keçirilib

Qusar rayonunda Vətən müharibəsində qəhrəmancasına şəhid olan Zərbəliyev Aşurəli Səfərəli oğlunun ildönümü mərasimi keçirilib.

Anım tədbirində YAP rayon təşkilatının nümayəndələri, rayon İcra Hakimiyyətinin əməkdaşları, kənd ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edərək üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra təşkilat nümayəndələri şəhidin ailə üzvlərinin qayğısı ilə maraqlanıblar.

Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Füzuli uğrunda gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olan Aşurəli Zərbəliyev prezidentin sərəncamı ilə ölümündən sonra "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təlrif edilib.