YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaş rayonunda şəhid ailələri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Ağdaş rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən, Milli Məclisin deputatı Cavid Osmanov Ağdaş rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Cavid Osmanov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn ağdaşlı gənclərin ailə üzvlərini salamlamış, şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirib. Görüşdə şəhid ailələrini narahat edən məsələlər dinlənilmiş, edilən müraciətlər qarşılıqlı diskusiya şəraitində müzakirə olunaraq həlli yolları barədə fikir mübadiləsi aparılmışdır. Müraciətlər qeydə alınmış, səsləndirilən müraciətlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyi bildirmiş, qaldırılan məsələlərin diqqət mərkəzində olacağını, aidiyyatı orqanlara sorğular göndəriləcəyi qeyd edilmişdir.

Şəhid ailələri ilə söhbət zamanı 44 günlük Vətən müharibəsində minlərlə gəncin qəhrəmanlıqla döyüşdüyü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyi, onların gələcək nəsillərə örnək olduğu söylənilmişdir. Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyi vurğulanaraq belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə görə şəhid ailələrinə təşəkkür bildirilmişdir. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağı və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağı diqqətə çatdırılmışdır.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizin ailə üzvləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, ölkə Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Görüşün sonunda xatirə şəkili çəkilmişdir.