YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidlərinin anım mərasimləri keçirilib


YAP Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları, Rayon İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatı Malik Həsənov, hüquq-mühafizə orqanları, din xadimləri, qazilər və ictimaiyyət nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Baxşəliyev İnam Rasim oğlu və Kərimov Şamo Elman oğlunun anım mərasimlərində iştirak ediblər.

Mərasimlərdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Qəhrəman Vətən oğullarının keçdikləri döyüş yolundan söhbət açılıb, valideynlərinə dərin hüznlə başsağlığı verilib.

Allah bütün şəhidlərimizə rəhmət etsin!