YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şirvan şəhər təşkilatının fəalları şəhid Zeynal Zülfüqarlının ailəsini ziyarət edib

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının fəalları 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş Zülfüqarlı Zeynal Alim oğlunun ailəsini ziyarət edib.

Mərasim iştirakçıları şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs edib və nümunəvi gənc kimi cəmiyyətin rəğbətini qazandığını vurğulayıblar.

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının fəalları hər biri bir qəhrəmanlıq dastanı olan şəhidlərlə qürur duyduqlarını, onları unutmayacaqlarını, unutdurmayacaqlarını deyiblər və şəhidlərin ailələrinə səbr diləyərək başsağlığı veriblər.