YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda şəhid ailələri görüşlər davam etdirilir

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar şəhid ailələrini ziyarət tədbirlərini davam etdirməkdədir.

YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov Vətən müharibəsində şəhid olmuş Denis Əliyevin, Nicat Əhmədovun, Hüseyn Muradovun ailələri görüşüb, qayğıları ilə maraqlanıblar.

Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olmuş hərbçilərin ailələrinin, Qarabağ müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin sosial məsələlərinin həlli daim diqqət mərkəzindədir.

Şəhidlərin doğmaları onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.