YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə Xüsusi Təyinatlı Qüvvələrinin giziri, şəhid Ruslan Hümbətovun məzarı ziyarət olunub

         Milli Məclisin deputatı Pərvin Kərimzadə, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canından keçən şəhid,​ Xüsusi Təyinatlı Qüvvələrinin giziri Ruslan Səlim oğlu Hümbətovun ildönümü münasibətilə keçirilən anım tədbirində iştirak ediblər. Şəhidin xatirəsi  ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

         Şəhid Hümbətov Ruslan Səlim oğlu 20 may 1987-ci ildə anadan olmuşdur. 2006-cı ildə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirmişdir. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət etmişdir. 2010-cu ildən Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdir. XTQ-nın tərkibində dəfələrlə beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil etmiş və uğur qazanmışdır. Şəhid gizir Ruslan Hümbətov hər ay əmək haqqısının bir hissəsini ehtiyacı olan insanlara sərf edirdi. Ruslan Hümbətov 44-günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə igidlik göstəmişdir. 5 oktyabr 2020-ci ildə Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşdə Şəhidlik zirvəsinə ucalmışdır. 7 oktyabr 2020-ci ildə Gəncə şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılmışdır. Hümbətov Ruslan “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə”  (ölümündən sonra) medalları ilə təltif edilmişdir.