YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə şəhidlərin xatirəsi ehtiramla anılıb


Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının rəhbərliyi, fəalları və ictimaiyyət nümayəndələri, Vətən müharibəsi  şəhidləri Şirinli Nurlan Qədir oğlunun və Hacızadə Ceyhun İfrail oğlunun ildönümü ilə əlaqədar doğulduqları Sarov və Evoğlu kənd qəbiristanlığındakı məzarlarını, onların xatirəsinə ucaldılmış bulaq abidələrini ziyarət edərək məzarları üzərinə və bulaq abidələrinin qarşısına gül-çiçək dəstələri düzüb, əziz xatirələrini ehtiramla anıblar. 

Sonra şəhidlərin valideynləri və ailə üzvləri ilə görüşərək onlara səbr diləyiblər.

Şəhid valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Allah şəhidlərimizə rəhmət eləsin.