YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabadda müharibə qazisi və şəhid ailələri ziyarət edilib

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları rayonun Edişə kənd sakini, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunması” medallarına layiq görülmüş, Vətən müharibəsi qazisi Ağazadə Novruz Vidadi oğlunu ziyarət edib, onun qayğıları ilə maraqlanıblar.

Qəhrəman qazimiz və onun ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirib və müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Həmçinin, YAP Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları, Cəlilabad Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, din xadimləri, qazilər və ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsindəki döyüşlərdə qəhrəmancasına şəhid olan Cəlilabad rayonu Bəcirəvan kəndindən şəhid Abbasov Ayaz Nizami oğlu, Uzuntəpə kəndindən şəhid Qənbərov Əli Mahir oğlu və Günəşli kəndindən şəhid Ağayev Elçin Zakir oğlunun şəhadətlərinin ildönümünə həsr olunmuş mərasimlərdə iştirak ediblər.

Mərasimlərdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub, onların döyüş yolu barədə söhbət açılıb və valideynlərinə dərin hüznlə başsağlığı verilib.

Allah bütün şəhidlərimizə rəhmət etsin!