YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sumqayıt şəhər təşkilatının üzvləri şəhid Teymur Əzizovun anım mərasimində iştirak ediblər

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının əməkdaşları və fəalları 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canından keçən şəhid,​ Sumqayıt şəhər sakini  Əzizov Teymur Əli oğlunun ildönümü münasibətilə keçirilən anım tədbirində iştirak ediblər.

Tədbir iştirakçıları şəhidin ailəsi ​ ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənilib, Şəhidin ruhuna dualar oxunub.

Mərasimdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şəhidin ailəsi dövlətin onlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun leytenantı olan Teymur Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Əzizov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.  Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Əzizov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.