YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Mingəçevir şəhər təşkilatının fəalları Vətən müharibəsi qazilərini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının fəalları 44 günlük Vətən müharibəsinin qaziləri Ələkbərov Vüqar Afiq oğlu və Salmanov Bayram Arzu oğlunu ziyarət ediblər.

Ziyarət zamanı Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun qəhrəmanlığından bəhs olunub. Bildirilib ki, xalqımız bizə  qələbə sevincini yaşadan oğullarımızla qürur duyur, şəhidlərin əziz xatirəsini hər zaman böyük ehtiramla yad edir. Dövlətimiz şəhid ailələrinə, qazilərə xüsusi diqqət göstərir.

Qazilərimiz isə keçdikləri döyüş yolu, ordumuzun qəhrəmanlığı haqqında fikirlərini bildiriblər.