YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sabunçu rayon təşkilatının üzvləri şəhid Tural Dəmirçiyevin ildönümündə iştirak ediblər

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev, Milli Məclisin deputatı Əliabbas Salahzadə və rayon təşkilatının əməkdaşları şəhid Dəmirçiyev Tural Rəfail oğlunun məzarını ziyarət ediblər. Daha sonra şəhidin ildönümü ilə əlaqədar keçirilən yas mərasimində iştirak ediblər.

Ailə üzvlərinə səbr arzulayan YAP Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib.

Qeyd edək ki, Dəmirçiyev Tural Rəfail oğlu 01.10.1992-ci il tarixdə Bakı şəhərində anadan olub. Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən R.Zorge adına 90 saylı tam orta məktəbi bitirib. 2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olmuşdur. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi başlayan zaman könüllü olaraq ordu sıralarına yazılıb, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib.

T.Dəmirçiyev Vətən müharibəsi zamanı 06.10.2020-ci il tarixdə Füzuli istiqamətində düşmən hücumunun qarşısını dəf edərkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və heç zaman unutmayacaq.

Allah rəhmət eləsin!