YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabad rayonunda şəhidlərin anım mərasimləri keçirilib

Cəlilabad rayonunda ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda mərdliklə döyüşən və qəhrəmancasına həlak olan Vətən övladlarının şəhidlik zirvəsinə yüksəlməsinin  ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib.

Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları, Milli Məclisin deputatı Elman Nəsirov, hüquq-mühafizə orqanları, din xadimləri, qazilər və digər ictimaiyyət nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Cəlilabad rayonu Dələli kəndindən şəhid Cəfərov Rahid Namiq oğlu, Uzuntəpə kəndindən şəhid Quliyev Rəşad Əfrəs oğlu və Göytəpə şəhərindən şəhid Məmmədov Elmir Nadir oğlunun şəhadətlərinin ildönümünə həsr olunmuş mərasimlərdə iştirak ediblər.

Mərasimlərdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Anım tədbirlərində qəhrəman Azərbaycan oğullarının keçdiyi döyüş yoluna nəzər salınıb, şəhidlərin valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verilib.

Allah bütün şəhidlərimizə rəhmət etsin!