YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xocavənd rayon təşkilatının üzvləri şəhid Xəyal Namazovun ildönümü münasibətilə məzarını ​ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının nümayəndələri və gənc fəalların iştirakı ilə Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən şəhid Xəyal Namazovun ildönümü münasibətilə məzarı ​ziyarət olunub.

Tədbir iştirakçıları şəhidlərin məzarları önünə qərənfillər düzüb, onların əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdən bəhs edilib. Bildirilib ki, şəhid Xəyal Namazov kimi qəhrəmanlarımızın xatirəsi hər zaman yaddaşlarda qalacaq.