YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Həm Zəfər, həm də bərpa işləri dövlətimizin, xalqımızın gücünü göstərir

Həm Zəfər, həm də bərpa işləri dövlətimizin, xalqımızın gücünü göstərir. Çünki gücümüz olmasaydı, biz bu Zəfəri əldə edə bilməzdik. Mən Prezident kimi öz fəaliyyətimi bunun üzərində qurmuşdum. Çünki bizim əsas hədəfimiz Qarabağın işğaldan azad edilməsi idi.

Bu fikirləri Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

“Bütün başqa addımlar - Regionların sosial-iqtisadi inkişafı Proqramı, neft-qaz, nəqliyyat sahələrindəki təşəbbüslərimiz, ölkə iqtisadiyyatının canlandırılması, Neft Fondunun valyuta ehtiyatlarının toplanması, xarici siyasət, böyük dövlətlərlə münasibətlərimiz, qonşu dövlətlərlə münasibətlərimiz - bütün bu işlərin fövqündə bu müqəddəs an dayanmışdı – Zəfər Günü. Biz bütün bu gücləri səfərbər edib xalqımızın zəhməti, qəhrəmanlığı hesabına istədiyimizə nail olduq ”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.