YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda Cəbrayıl şəhərinin işğaldan azad edilməsinə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və Nərimanov rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə Bakı Avrasiya Universitetində "Cəbrayıl işğaldan azaddır!" mövzusunda tədbir keçirilib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bildirib ki, Azərbaycan Ordusunun ötən ilin sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları nəticəsində 1 il bundan öncə  oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edildi: "Bu, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və qüdrətli Azərbaycan Ordusunun qətiyyətindən, gücündən xəbər verirdi. Eyni zamanda, istər orduda, istərsə də cəbhədən xoş xəbərləri gözləyən xalqımız üçün Zəfərə doğru gedən yolda böyük inam yaradırdı". Təşkilat sədri 30 ilə yaxın düşmən işğalı altında qalmış əzəli Azərbaycan torpaqlarının cəmi 44 gün ərzində azad olunmasının tarixi hadisə olduğunu qeyd edib və deyib ki, həmin torpaqlarda qısa zamanda yenidənqurma və infrastruktur işlərinin həyata keçirilməsi ölkə rəhbəri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gələcəyə hesablanmış uğurlu fəaliyyətinin nəticəsidir. Bu möhtəşəm fəaliyyətin xalqın hər bir nümayəndəsi, xüsusilə də, gənclər tərəfindən təbliği olduqca vacibdir.

Tədbirdə həmçinin, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Vətən Müharibəsi şəhidi Sənan Abdullayevin atası Şahin Abdullayev, Bakı Avrasiya Universitetinin prorektoru Səyavuş Qasımov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Aydın Yusifov, Vətən Müharibəsi şəhidi Əhmədağa İskəndərovun qardaşı Firdovsi İskəndərov, Nərimanov rayon İcra Hakimiyyətinin şöbə müdiri Tahir İbrahimov və digərləri çıxış ediblər.

Sonda məktəblilər arasında "Cəbrayıl işğaldan azaddır" mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Həmçinin, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev tərəfindən ən yaxşı nəticə göstərmiş 3 nəfər müsabiqə qaliblərinə YAP Nərimanov rayon təşkilatının simvolik hədiyyəsi təqdim olunub.