YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Biz müharibəni zəfərlə başa vurduq, sülh dövrünü də zəfərlə başlamışıq və zəfərlə başa vuracağıq

İndi gəldiyiniz yola da yəqin ki, fikir verdiniz. Görün, Cəbrayıla nə gözəl, geniş yol çəkilir. Vaxtilə Ermənistan rəhbərliyi buraya yol çəkmək istəyirdi. O da onların bütün arzuları kimi yarımçıq qaldı. İndi Cəbrayıla biz yol çəkirik. Bu yoldan Zəngəzur dəhlizində də istifadə olunacaq.

Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

“Cəbrayıl şəhərinin baş planı sizə, cəbrayıllılara təqdim ediləcək. Biz bu plana bərabər baxacağıq. Əgər razılığınız olarsa, bu planı da təsdiq edəcəyik. Biz müharibəni zəfərlə başa vurduq. İndi sülh dövrünü də zəfərlə başlamışıq, zəfərlə başa vuracağıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.