YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclis 2021-ci il payız sessiyasının qanunvericilik işləri planını təsdiqləyib

Azərbaycan Respublikasının Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.

Bu, parlamentin sentyabrın 30-da keçirilən payız sessiyasının ilk iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, iş planına 12 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;

2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri;

3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri;

4. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

5. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;

6. “Lombardlar haqqında” qanun layihəsi;

7. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;

8. “Ali təhsil haqqında” qanun layihəsi;

9. “Turizm haqqında” qanun layihəsi;

10. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;

11. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi.

12. “Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında” qanun layihələri.

Parlamentin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.