YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vahid Əhmədov: Cənub qaz dəhlizi Azərbaycan üçün çox əhəmiyyətli layihədir

Cənub qaz dəhlizi Azərbaycan üçün çox əhəmiyyətli bir layihədir. Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhməov bildirib ki, 1994-cü ildə imzalanmış «Əsrin müqaviləsi» necə önəm kəsb edirdisə, bu layihə də hazırda böyük əhəmiyyət daşımaqdadır. Onun sözlərinə görə, bu layihə Azərbaycanın iqtisadi müstəqilliyi baxımından da mühüm rol oynayır.

«Eyni zamanda, layihə Azərbaycanın iqtisadiyyatının daha da  yüksəldəcək. Azərbaycan öz qazının Avropaya nəqli üçün zəruri addımları atmaqdadır. Bu bizim üçün çox əhəmiyyətli bir layihədir və hesab edirəm ki, layihə vaxtında yerinə yetiriləcək»- deyə, komitə üzvü qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv