YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir

Çexiya Respublikasının sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan cəfəri çərçivəsində Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir.
Biznes forumda hər iki tərəfdən sənaye, bankçılıq, İKT, turizm, kənd təsərrüfatı, logistika, konsaltinq, tikinti, mühəndislik, maşınqayırma sahələrində fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edir.
Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan-Çexiya iqtisadi əlaqələrinin inkişaf etdiyini vurğulayıb, əməkdaşlıq üçün böyük potensialın olduğunu deyib.
Yan Mladek çıxışı zamanı Azərbaycan iqtisadiyyatının inkişafından məmnun olduğunu bildirib, çex şirkətlərinin də burada uğurla fəaliyyət göstərdiyini deyib.
Qeyd edilib ki, iş adamları arasında keçirilən görüşlər, biznes forumlar ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verir.
Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam etdiriləcək.