YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin Milli Müdafiə Nazirliyi Vətən müharibəsinin başlamasının birinci ildönümü münasibətilə mesaj yayımlayıb

Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən Azərbaycanın Vətən müharibəsinin başlamasının birinci ildönümü münasibətilə mesaj yayımlanıb.

 #TekMilletİkiDevlet və #KarabağAzerbaycandır həştəqləri ilə yayımlanan mesajda deyilir: "Azərbaycanlı qardaşlarımızın Ermənistanın təxribatlarına "Dur!" demək və işğal altındakı torpaqlarını azad etmək üçün keçən il bu gün başlatdığı “Tək Vətən Hərəkatı”ndan bir il ötür. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa və xoşbəxt bir ömür diləyirik.