YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sarayevonun ən hündür binasında Azərbaycanın Dövlət Bayrağı nümayiş olunub

27 sentyabr – Anım Günü ilə əlaqədar Bosniya və Herseqovinanın ən hündür binasında Azərbaycanın Dövlət Bayrağı nümayiş olunub.

Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyimizin təşəbbüsü ilə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq “Sarayevo Biznes və Ticarət Mərkəzi"nin media fasadında Azərbaycan bayrağı və zəfər simvolu olan "Xarıbülbül" nümayiş etdirilib.