YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə səfiri: Azərbaycanın şanlı tarixini yazan şəhidləri heç vaxt unutmayacağıq

Bu gün Azərbaycanın şəhid qəhrəmanlarının xatirəsini ehtiramla yad etmək üçün Azərbaycanın Madriddəki səfirliyində yığışmışıq.

Bunu müsahibəsində Türkiyənin İspaniyadakı səfiri Burak Akçapar bildirib.

“Biz Azərbaycanın şanlı tarixini yazan şəhidləri heç vaxt unutmayacağıq. Onlarla fəxr edirik və əziz xatirələrinə sonsuz ehtiramımızı bildiririk. Bu gün mən anım mərasimində çıxış etdim və orada Azərbaycan və Türkiyənin iki dövlət, bir millət olduğunu vurğuladım. Bu qardaşlıq əsrlər boyu davam edəcək.

Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Biz qardaşıq və gələcəyə böyük nikbinliklə baxırıq", - deyə türk diplomatı vurğulayıb.