YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İsmayıllı rayon təşkilatının üzvləri Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin ehtiramla yad ediblər

Sentyabrın 27-də Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının nümayəndələri Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

 Anım Günü tədbirinin iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, məzarları üzərinə əklil və tər qərənfillər düzüblər.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov çıxış edərək  44 günlük müharibədə iştirak edərək şücaət göstərmiş, qəhramanlıqla həlak olmuş və ya sağlamlığını itirmiş hər bir vətəndaşın daim dövlət qayğısı ilə əhatə olunduğunu və bundan sonra da olunacağını vurğulayıb.

Daha sonra rayon rəhbərliyinin iştirakı ilə Anım günü münasibətilə ağacəkmə aksiyası təşkil edilib.

Tədbir şəhidlərin xatirəsinə hazırlanmış fləşmob və İsmayıllı  məktəblilərinin hazırladığı kompozisiya ilə sona çatıb.