YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Hacıqabul rayon təşkilatının fəalları şəhidin ev muzeyi ilə tanış olublar

Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının rəhbərliyi və fəalları 27 sentyabr Vətən müharibəsi şəhidlərinin Anım Günü ərəfəsində şəhid Balabəyov Pərviz Tofiq oğlunun ailəsini ziyarət edərək onların qayğıları ilə maraqlanıblar. Həmçinin şəhidin xatirəsinə hazırlanmış ev muzeyi və xatirə lövhəsi ilə tanış olublar.

Şəhidin anası Səbirə Balabəyova onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz təşəkkür və minnətdarlığını bildirib.