YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qobustanda 27 sentyabr - Anım Günü ilə əlqadar silsilə tədbirlər keçirilib

2020-ci il Azərbaycan xalqının uzunəsrlik tarixinə qızıl hərflərlə yazıldı. Otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun şücaəti sayəsində azad edildi. Haqq və ədalət uğrunda 44 günlük Vətən müharibəsi möhtəşəm Zəfərimizlə nəticələndi. Tariximizin əbədi qəhrəmanlıq salnaməsi olan bu Zəfər yüzlərlə şəhidimizin qanı ilə yazıldı. 

Bu il Azərbaycan xalqı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş ilk 27 sentyabr - Azərbaycan Respublikasında Anım Gününü qeyd edir.

Bu münasibətlə Qobustan Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı tərəfindən birgə keçirilən Anım tədbirləri yüksək səviyyədə keçirilib.

Tədbir Şəhidlər xiyabanında şəhidlərin əziz xatirəsini yad etməklə davam etdirilib. “Qarabağ Azərbaycandır” flaşmobları təqdim olunduqdan sonra rayonun  təyin olunmuş ərazisində  ağacəkmə aksiyası da təşkil olunub.

Tədbirdə şəhid ailələri və qazilər iştirak edib.