YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatı 27 Sentyabr Anım Günü ilə bağlı tədbir keçirib

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının təşəbbüsü ilə 27 Sentyabr Anım Günü ilə əlaqədar Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Tədbirdə YAP Laçın rayon təşkilatının fəalları və aparatın məsul işçiləri, idarə rəhbərləri, kənd sakinləri və şəhidlərin ailə üzvləri iştirak etmişlər. Şəhidlərin əziz xatirəsinin ehtiramla anıldığı tədbirdə Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan söz açılıb. Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağın, tarix yazan qəhrəmanların məzarlarını and yerinə, ziyarət məkanına çevirməyin vacibliyindən bəhs edilib.

Tədbirdə, həmçinin qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların qayğı ilə əhatə olunması, problemlərinin vaxtında həll edilməsi təşkil edir. 

Daha sonra anım tədbiri çərçivəsində şəhidlərimizdən Ulvin Məmmədov, Elnur Cabbarov və Etibar Nəcəfovun məzarları ziyarət olunub, şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.