YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anım Günü Sabirabadda şəhidlərin ailələri və məzarları ziyarət edildi

YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları 27  sentyabr Vətən müharibəsi şəhidlərinin Anım Günü ərəfəsində rayonun Ulacalı kəndində şəhid Ağayev Aqşin Şirvan oğlunun və ailəsinə baş çəkərək onların qayğıları ilə maraqlanıblar. Həmçinin şəhidin məzarı ziyarət edilərək onun əziz xatirəsi hörmət və ehtiramla yad edilib və məzarına tər gül çiçək dəstələri düzülüb.

Şəhid ailəsi dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Eyni zamanda, Sabirabad rayon mərkəzindəki Şəhidlər Xiyabanı ziyarət edilərək onların ruhuna dualar oxunub, məzarlarının üzərinə gül-çiçək dəstələri düzülüb.