YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatı 27 sentyabr - Anım Gününə həsr edilmiş “Şəhid Qardaşıma Məktub” inşa-yazı müsabiqəsinə həsr olunmuş tədbir keçirib

2020-ci il Azərbaycan xalqının uzunəsrlik tarixinə qızıl hərflərlə yazıldi. Otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun şücaəti sayəsində azad edildi. Haqq və ədalət uğrunda 44 günlük Vətən müharibəsi möhtəşəm Zəfərimizlə nəticələndi. Tariximizin əbədi qəhrəmanlıq salnaməsi olan bu Zəfər yüzlərlə şəhidimizin qanı ilə yazıldı. 

Bu il Azərbaycan xalqı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş ilk 27 sentyabr - Azərbaycan Respublikasında Anım Gününü qeyd edir. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən təşkil olunan “Şəhid qardaşıma məktub” inşa yazı müsabiqəsinin qalibləri ilə görüş keçirildi. Tədbirdə şəhid ailələri də iştirak etmişdir.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edildi, “Şəhidlər Ölməz” video-çarxı nümayiş etdirildi.

Tədbiri YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov giriş nitqi açaraq qeyd etdi ki, müstəqilliyimiz, Vətənimizin ərazi bütövlüyü, namus və ləyaqətimiz uğrunda mübarizəyə qatılmış bu cəsur fədailər Azərbaycan xalqının başını uca etdi. Heç vaxt unutmayacağımız və unutdurmayacağımız bu qəhrəmanlar hər bir Azərbaycan anasının əziz övladı, xalqımızın qüruru və  iftixarı oldu. Rəşadət rəmzi olan bu qəhrəmanlar bugünkü və sabahkı gəncliyin əbədi amalı və and yeri oldu.

Daha sonra söz Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızına verildi. Millət vəkili qeyd etdi ki, bu gün biz Şəhidlərimizə və Qazilərimizə borcluyuq. Hər birimiz həm vətəndaş kimi, həm də tutduğumuz vəzifə çərçivəsində gənc nəslin onlar kimi formalaşmasında məsuliyyət daşıyırıq. Həyata keçirəcəyimiz təbliğatımızla şərəfli tariximizi və bu tarixin qəhrəmanlarını  uşaq və gənclərimizin qan yaddaşına yazılmasına nail olmalıyıq.

Daha sonra çıxış edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon ərazi təşkilatının sədri Azər Quliyev və şəhid atası Ceyhun Kərimli də şəhidlərin xatirəsinin müqəddəs olduğunu qeyd etdilər.

Tədbirin sonunda müsabiqədə iştirak edən 1000-ə yaxın iştirakçı tələbə arasından 45 nəfər qalibə diplom və “Xarı Bülbül” döş nişanı təqdim olundu.

 

 

DİGƏR Xəbərlər Arxiv