YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda şəhidlərin xatirə lövhəsinin açılışı olub

Nizami rayonu Milli Qəhrəman Yuri Kovalyov adına 229 saylı orta məktəbdə məktəbin məzunu olmuş  I və II Qarabağ Müharibəsi şəhidlərinin xatirə lövhəsinin açılışı mərasimi olub.

Tədbirdə Milli Məclisin deputatı Könül Nurullayeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, eləcə də ictimaiyyət nümayəndələri, şəhidlərin doğmaları, məktəbin kollektivi, şəhidlərin təhsil aldıqları universitetlərin müəllim heyəti iştirak edib. Çıxış edənlər xatirə lövhəsi qoyulan şəhidlərin döyüş yolundan, onlar haqqında xatirələrini danışıblar.

Bildirilib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənin başını əzib və ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib. Bu səbəbdən də Vətən üçün canından keçən qəhrəman oğul və qızların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Sonra xatirə lövhəsinin açılışı olub, önünə gül dəstələri düzülüb.

Sonda şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə təşəkkürünü bildirib.