YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunda Vətən müharibəsi şəhidi Salamov Vüsal Yəhya oğlunun doğum günü qeyd edildi

Xəzər rayonunda  Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Salamov Vüsal Yəhya oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib.  

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Azərbaycan  Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri düzüb,  ruhuna dualar oxuyublar.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov şəhidin ailəsinə başsağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb.

Şəhidin ailə üzvləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Qeyd edək ki, Salamov Vüsal Yəhya oğlu 1993-cü ildə Bakı şəhəri, Buzovna qəsəbəsində anadan olub. Həqiqi hərbi xidməti Murovda manqa komandiri kimi başa vurub.  Sentyabrın 27 -də başlanan Vətən müharibəsinə oktyabrın 5-də könüllü olaraq qatılıb. Füzuli və Suqovuşan istiqamətlərində döyüşlərdə iştirak edib. Oktyabrın 18-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Xəzər rayonu, Buzovna qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il və 29.12.2020-ci il  tarixli Sərəncamlarına əsasən Salamov Vüsal Yəhya oğlu ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv