YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Təhsil nazirinin müavini: Bu il ölkəmizdə 88 ümumtəhsil müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulur

Bu il ölkəmizdə 88 ümumtəhsil müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulur. Artıq 55 təhsil müəssisəsi istifadəyə verilib. Digər təhsil müəssisələri isə ilin sonunadək istifadəyə veriləcək.

Bunu Bərdənin Qaradəmirçi kəndində yeni məktəb binasının açılış mərasimində iştirak edən təhsil nazirinin müavini İdris İsayev deyib.

Bu istiqamətdə tədbirlərin davamlı olaraq həyata keçirildiyini vurğulayan nazir müavini bildirib ki, təhsil cəmiyyətin inkişafının əsasını təşkil edir. Təhsil sahəsinə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim diqqət və qayğı göstərilir. Ölkəmizdə mövcud məktəb binalarının böyük əksəriyyəti yeni inşa edilmiş və ya əsaslı təmir olunmuşdur. Təhsil xərcləri hər il artırılır. Büdcədən təhsil sahəsinə ayrılan xərclər 2014-cü ilə nisbətən 2,1 dəfə artıb.

Təhsil nazirinin müavini: “Bu gün Baş nazirin imzaladığı müvafiq qərara əsasən 2021-2022-ci tədris ilinin ilk günüdür. Sentyabrın 22-də dərslərin başlanması yalnız ümumtəhsilin ibtidai təhsil səviyyəsinə aiddir. Təhsilin digər pillələri və səviyyələri üzrə tədris sentyabrın 29-dan başlanacaq. Təhsil ənənəvi qaydada, əyani formada həyata keçirilir. Buna ölkədə pandemiyaya qarşı görülən tədbirlər imkan verir. Müəllimlərin 90 faizindən çoxu vaksinasiya olunub".