YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan təyyarəçiləri “Texnofest-2021” festivalında ilk uçuşlarını icra ediblər

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 döyüş təyyarəsi Atatürk Beynəlxalq Hava Limanında keçirilən “Texnofest-2021” festivalındakı aviaşouda ilk uçuşunu edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, festivalda çətin pilotaj manevrlərlə nümunəvi uçuş keçirən hərbi pilotumuz izləyənlər tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, sentyabrın 26-dək davam edən festivalda Azərbaycan HHQ-nin 2 ədəd MİQ-29 qırıcı təyyarələri müxtəlif vaxtlarda nümunəvi uçuşlar edəcək.