YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir müavini: Müharibə zamanı Ermənistan qadağan olunmuş ağ fosfor tərkibli silahlardan istifadə etməklə Şuşa meşələrində yanğınlar törədib

Ötən il sentyabrın 27-də düşmənin ölkəmizə hücumuna cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı Ermənistan qadağan olunmuş ağ fosfor tərkibli silahlardan istifadə etməklə Şuşa meşələrində yanğınlar törədib.

Bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ADA Universitetində keçirilən brifinqdə deyib.

Nazir müavini qeyd edib ki, həmçinin Ermənistan tərəfindən cəbhə bölgəsindən kənarda yerləşən Göygöl və Ağgöl milli parkları hədəfə alınaraq yanğınlar törədilib, ekosistemə və təbii landşafta bərpaolunmaz ziyan dəyib.