YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda yeni tədris ili ilə əlaqədar aztəminatlı ailələrin uşaqlarına yardım edilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında yeni tədris ili ilə əlaqədar aztəminatlı ailələrin nümayəndələri ilə görüş keçirilib.

Partiyanın Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, rayon təşkilatının “Sərdaroğulları” ərazi ilk partiya təşkilatının sədri, “Missiya” media qrupunun rəhbəri Ramin Əhmədov bilik günü münasibətilə valideynləri və şagirdləri təbrik ediblər.

Bildiriblər ki, YAP Nizami rayon təşkilatı ənənəvi olaraq hər il Bilik Günü ərəfəsində rayonda yaşayan aztəminatlı, şəhid, Qarabağ müharibəsi əlillərinin ailələrinin nümayəndələri ilə görüşür və onların övladlarına məktəb geyimləri, çantası, ləvazimatları hədiyyə edir.

Diqqətə çatdırılıb ki, YAP Nizami rayon təşkilatı daim humanizm mövqeyindən çıxış edərək bu cür tədbirləri gələcəkdə də davam etdirəcək.

Valideynlər də göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eyni zamanda, Yeni Azərbaycan Partiyasının rəhbərliyinə minnətdarlıq ediblər.

Sonda 60-dan artıq uşağa məktəb geyimləri, çantası və ləvazimatları hədiyyə olunub, maddi yardım edilib.