YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Alvi: Heydər Əliyev Fondunun Pakistanda reallaşdırdığı layihələr ölkələrimiz arasındakı əlaqələrə xüsusi töhfə verir

Yüksəksəviyyəli siyasi münasibətlərə uyğun olaraq, bütün sahələrdə, xüsusilə iqtisadi-ticarət sahəsində əməkdaşlıq münasibətləri inkişaf etdirilməlidir.

Bunu Pakistan Prezidenti Arif Alvi Azərbaycanın bu ölkəyə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadovun etimadnaməsini qəbul edərkən deyib.

İki ölkə arasındakı yüksəksəviyyəli əlaqələrdən söhbət açan Pakistan Prezidenti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilmiş humanitar layihələrin bu əlaqələrə xüsusi töhfə verdiyini vurğulayıb, eləcə də ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənərək dərinləşəcəyini əminliklə ifadə edib.

Vətən müharibəsində əldə olunmuş Qələbə münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edən Arif Alvi Kəşmir məsələsində Azərbaycanın Pakistana göstərdiyi dəstəyi yüksək qiymətləndirib.