YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abutalıb Səmədov: İqtidar-müxalifət dialoqunun təşkili siyasi mədəniyyətin formalaşması baxımından da böyük önəm kəsb edir

“Azərbaycanda fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda keçirilən görüşdə çox səmərəli müzakirələr aparılıb”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

A.Səmədov qeyd edib ki, görüşdə müxalifət partiyalarının sədrlərinin öz fikirlərini bildirməsi üçün geniş imkan yaradılıb: “Konfransda ilk olaraq Vətən müharibəsi, onun nəticələri və mövcud vəziyyət haqqında danışdıq. Ümumən dövlət həyatının ən mühüm məsələləri ətrafında müzakirə aparıldı. Hesab edirəm ki, iqtidar-müxalifət dialoqunun keçirilməsi həddindən artıq vacibdir. Çünki görüşdə nəzərə alındı ki, gələcəkdə bu cür həm geniş spektrli, həm də konkret məsələlər ətrafında müzakirələr təşkil olunsun”.

A.Səmədov vurğulayıb ki, iqtidar-müxalifət dialoqunun təşkili siyasi mədəniyyətin formalaşması baxımından da böyük önəm kəsb edir.

DİGƏR Xəbərlər Arxiv