YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim edilib

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı Gənclər Birliyi fəaliyyətində qarşıya qoyulan məsələlərin həlli, partiya sıralarında gənclərin sayının artırılması istiqamətində səylə çalışır. 2014-cü ildə rayonda partiya sıralarına qəbul edilən 246 nəfərdən 141-i gənclərdir. Ümumilikdə YAP Xaçmaz rayon təşkilatının tərkibindəki 8 min 478 nəfər partiya üzvünün 3 min 45 nəfəri gənclərdir ki, onların da 1491 nəfərini qadınlar təşkil edir.
Bu barədə fevralın 28-də YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin IV konfransında məlumat verilib.
Konfransda YAP rayon təşkilatının sədri Nazim Ağayev və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək, Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin rolundan danışıblar.
YAP rayon təşkilatı Gənclər Birliyinin hesabatında qeyd olunub ki, yerli özünüidarəetmə orqanlarına - bələdiyyələrə keçirilən seçkilərdə partiyanın gənc üzvləri fəallıq nümayiş etdiriblər. Rayon üzrə 38 bələdiyyəyə YAP-dan 248 nəfər üzv seçilib. Onlardan 105 nəfəri qadın, 87 nəfəri isə 30 yaşadək gənclərdir.
Sonra rayon təşkilatı Gənclər Birliyi Şurasının və İdarə Heyətinin yeni tərkibi, həmçinin YAP Gənclər Birliyinin IV konfransına nümayəndələr seçilib.
Konfransda YAP-ın sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqəsi təqdim edilib.

 

DİGƏR Partiya xəbərləri Arxiv