YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Ermənistan Zəngəzur dəhlizinin fəaliyyət göstərməsi üçün real addımlar atmağa məcburdur

“Ermənistanda müxalifətdə olan qüvvələr etiraz mitinqlərinə hazırlaşırlar. Onlar seçkilərdə məğlub olublar. İndi də havadarlarının dəstəyi ilə addımlar atırlar. Həmin qüvvələr Paşinyanın atacağı qəbul etməlidirlər. Ermənistan Zəngəzur dəhlizinin fəaliyyət göstərməsi üçün real addımlar atmağa məcburdur. Əminəm ki, müsbət nəticələr əldə edəcəyik”.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Deputat qeyd edib ki, Ermənistan Türkiyə ilə də münasibətləri yaxşılaşdırmağa çalışır: “Çünki nə İran, nə də Rusiya uzun müddət Ermənistana dəstək verə biləcək. Ermənilər çətin duruma düşüb, Paşinyan lobbilərdən də lazımi dəstəyi ala bilmir. Diqtə edən tərəf Azərbaycandır. Artıq dünya Azərbaycanın güclü olduğunu qəbul edir. Reallıqlar ortaya çıxdıqca dünya ictimaiyyəti anlayır ki, Ermənistan düzgün yolda deyil. Onların yalanları ifşa olunur. Biz təzminat məsələsini ortaya atdıqda onlar daha da acınacaqlı vəziyyətə düşəcəklər. Əvvəlcə prosesi uzatmağa çalışırdılar, düşünürdülər ki, Azərbaycan tərəfi güzəştə gedəcək, anlaşma olacaq. Gördülər ki, Azərbaycan mövqeyindən geri çəkilmir. Əminik ki, Azərbaycan vətəndaşı olan ermənilər nə vaxtsa, haqq yoluna gələcəklər. Baxın, Şuşada quruculuq-abadlıq işləri gedir, Xankəndidə isə vəziyyət ağırdır, su qıtlığı, işıq problemi var, əhali faktiki olaraq gündə bir dəfə yemək tapanda sevinir. Müqayisələr onu göstərir ki, Ermənistan prosesləri sürətləndirməyəcəyi təqdirdə yenidən uduzan tərəf olacaq. Yeni müharibə Ermənistanın məhvinə gətirib çıxara bilər”.