YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Prezident İlham Əliyevin sistemli və çoxşaxəli siyasi islahatlarının nəticəsində sağlam iqtidar-müxalifət dialoqu, yeni siyasi konfiqurasiya qurulub

“Bu gün Azərbaycan çoxəsrlik tarixinin ən şərəfli dövrünü yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi tarixində mahiyyət etibarilə tamamilə yeni inkişaf mərhələsini yaşayır. Yaranmış yeni reallıqlara uyğun olaraq dinamik proses olan inkişaf, yenilənmə özünü bütün sahələrdə göstərir. Cəmiyyətimizin siyasi, iqtisadi, sosial həyatı daim dəyişir və buna uyğun olaraq qanunvericilik bazası da yenilənir. Biz bu inkişafı siyasi sferada da görürük və siyasi dialoq bu prosesdə xüsusi əhəmiyyət kəsb edir”. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Prezident Administrasiyasında aparılmış struktur dəyişikliklərindən sonra yeni yaradılmış siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkəmizdə siyasi dialoqun qurulması, inkişafı istiqamətində əhəmiyyətli addımlar atıb. Elə sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda görüş keçirməsi siyasi sistemimizdə dialoq mühitinin daha da dərinləşməsi istiqamətində atılan növbəti mühüm addımlardan biri hessab edilməlidir: “Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sistemli və çoxşaxəli siyasi islahatlarının nəticəsində sağlam iqtidar-müxalifət dialoqu, yeni siyasi konfiqurasiya qurulub. Siyasi partiyalarla iş yenidən təşkil edilib, dövlətimizin başçısının tapşırığı əsasında siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib, irəli sürülən təkliflər öyrənilib, müvafiq addımlar da atılıb. Hətta, “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsinə dair siyasi partiyalar tərəfindən təqdim olunmuş təkliflər müzakirə edilir. Qərargahı olmayan 22 siyasi partiya üçün ofislər ayrılıb, 25 siyasi partiyanın qurultaylarının keçirilərək nəticələri dövlət qeydiyyatına alınıb, habelə uzun fasilədən sonra 7 yeni siyasi partiya dövlət qeydiyyatına düşüb. Bu isə onu göstərir ki, siyasi partiyalar, xüsusilə də onların arasındakı müxalifət partiyaları siyasi dialoqa müsbət proses kimi baxır. Lakin çox təəssüflər olsun ki, ümumi siyasi inkişaf prosesinə müsbət təsir edən siyasi dialoq tendensiyasına zərbə vurmağa çalışanlar da tapılır. AXCP-də, Müsavatda və “Milli Şura”da birləşmiş, özlərinə müxalifət deyən bir qrup radikal və ekstremistlər Əli Kərimlinin, Arif Hacılının, Cəmil Həsənlinin başçılığı ilə ölkəmizdə təxribatlar törətməyə, ictimai rəyi çaşdırmağa və siyasi dialoq prosesinin uğurlarına kölgə salmağa çalışırlar. Hər kəs artıq bilir ki, Əli Kərimliyə də, Arif Hacılıya da siyasi dialoqda iştirak dəvəti göndərilsə də, onlar “beşinci kolon” təmsilçisi olduğu üçün bəhanələr ilə bu prosesdən imtina ediblər. Arif Hacılı, Əli Kərimli bu hərəkəti ilə bir daha siyasi partiya deyil, dərnək rəhbəri olduqlarını isbatlayırlar”.

“Görünür, islahat kateqoriyasının mənasını anlamayan Arif Hacılı, Əli Kərimli siyasi dialoqa “karyerasına” təhdid kimi baxır”, - deyən Sədaqət Vəliyeva əlavə edib ki, dərnək rəhbərləri hələ islahat sözünün belə mənasını bilmir: “Təsadüfi deyil ki, son günlər sosial şəbəkələr üzərindən AXCP, Müsavat və “Milli Şura” trollarının Yeni Azərbaycan Partiyasına, eləcə də siyasi dialoqda iştirak edən siyasi partiyalara, onların sədrlərinə aqressiv hücumlar etməsi, təhqir yağdırması onu göstərir ki, dərnək əhli və onun rəhbərləri təşviş içindədirlər”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, siyasi dialoq ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşdırır, lakin burada radikallar və ekstremistlər onlara yer olmadığını qərəzli fəaliyyətləti ilə isbatladılar.

DİGƏR Xəbərlər Arxiv