YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyəli nazir: Xocalı soyqırımı bütün türk dünyasının ortaq dərdidir

Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri – Finlandiya Azərbaycan Assosiasiyasının (FAA) sədri Vasif Muradlı və Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri Arzu Oqtay Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Volkan Bozkırla görüşdə iştirak ediblər. Türkdilli xalqların icmalarının təmsilçiləri ilə keçirilən görüş Türkiyənin Finlandiyadakı səfirliyində baş tutub.
Dünya və Türkiyə siyasəti üçün aktual olan bir sıra məsələlər barədə danışan Volkan Bozkır Azərbaycan diaspor təşkilatları rəhbərlərinin suallarına cavabında Dağlıq Qarabağ münaqişəsi barədə fikrini bildirib. Nazir deyib ki, “Bir millət, iki dövlət” prinsipinə söykənərək Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ məsələsinin həllində və digər məsələlərdə Türkiyə Azərbaycanın yanında olub və olacaq. V.Bozkır Xocalı soyqırımının bütün türk dünyasının ortaq dərdi olduğunu vurğulayaraq, türk icmaları ilə görüşün fevralın 26-da keçirilməsinin təsadüfi olmadığını deyib. “23 il əvvəl törədilmiş Xocalı soyqırımının ildönümü günü bir arada olmağımız “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” fikrinin daha bir sübutudur” ,deyə o əlavə edib.
Azərbaycan və Ermənistanın iqtisadi vəziyyətindən danışan V.Bozkır ildən-ilə iqtisadiyyatı inkişaf edərək güclü dövlətə çevrilən Azərbaycanın fonunda Ermənistanın hər tərəfdən əlaqələrinin kəsildiyini, əhalisinin böyük bir hissəsinin isə ölkəni tərk etdiyini vurğulayıb.