YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əliyevin ucuz populizmi

“Təəssüf ki, Azərbaycanda hələ də 1990-cı illərin ab-havası[UW1]  ilə yaşayan, təfəkkür və düşüncə cəhətdən yeniləşə bilməyən siyasətçilər var. Əgər onlara siyasətçi demək mümkündürsə. Daim ucuz siyasi şoulara meyl edən, populist açıqlamalarla gündəmdə qalmağa çalışan belə “siyasətçilər” özünü “müxalifətçı” adlandıraraq,  Azərbaycandakı iqtisadi uğurlara və inkişafa, hətta 44 günlük Vətən müharibəsindəki qələbəmizə belə kölgə salmağa uğursuz cəhd edirlər. Belə adamlar unudurlar ki, müxalifətçilik reallıqları təhrif etmək, siyasi rəqiblərin fəaliyyətinə qərəzli yanaşmaq, şər-böhtanla məşğul olmaq demək deyil. Ancaq bu ünsürlər sosial şəbəkələrdə “like” qazanmaq, populyarlaşmaq, diqqət mərkəzinə gəlmək üçün hər cür yalanlar uydurur, obyektivlikdən uzaq, şər-bötan dolu fikirlər səsləndirirlər. Zənn edirlər ki, bu cür əsassız, arqumentsiz, populist fikirlərlə xalqın rəğbətini qazanacaq, hansısa siyasi dividendlər əldə edəcəklər. Öz fəaliyyətində milli maraqları arxa plana keçirən, siyasi ambisiya və şəxsi maraqlarının əsirinə çevrilən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də məhz belə populist siyasətçilərdəndir”.

Bu fikirləri saytımıza açıqlamasında Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, professor Tofiq Cahangirov bildirib.

Onun sözlərinə görə, Əli Əliyevin Yeni Azərbaycan Partiyası, eləcə də hakim partiyadan olan millət vəkilləri haqqında səsləndirdiyi fikirlər əsassız və qərəzli olmaqla yanaşı, həm də ucuz özünüreklam xarakteri daşıyır: “Mən Əli Əliyevin fikirlərini geniş şərh etmək istəməzdim və buna ehtiyac da yoxdur. Sadəcə onu qeyd etmək kifayətdir ki, Əli Əliyevin keçmişi də, bu günkü “fəaliyyəti” də hər kəsə bəllidir. O, hansı savad və intellektdən dəm vurur?.Hər yerdə özünü “elmlər namizədi” kimi təqdim edən bu şəxs həm siyasətdən, həm də elmdən uzaq bir adamdır”.

Əli Əliyevin rəhbəri olduğu Vətəndaş və İnkişaf Partiyasının bir özündən, bir də qovluğundan ibarət olduğunu vurğulayan Tofiq Cahangirov onun 760 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyası haqqında hansısa fikirlər səsləndirməyə mənəvi haqqı olmadığını da vurğulayıb: “Əli Əliyevin bu davranışı okeanda balaca, köhnə qayığın nəhəng gəmiyə toxunmasına bənzəyir. O, balaca qayıq bu toxunuşdan sonra əlbəttə ki, darmadağın ola bilər. Bir də əgər bu gün dünyanın nüfuzlu analitiklərindən olan Pol Qobl Azərbaycanın uğurlarından, Qarabağda görülən nəhəng quruculuq işlərindən, Füzuli beynəlxalq hava limanının bölgə üçün əhəmiyyətindən danışırsa, Əli Əliyev kimi cırtdan partiya sədrlərinin Azərbaycan hakimiyyəti və hakim partiya haqqında hansısa fikirlər səsləndirməsi heç bir əhəmiyyət kəsb etmir”.